BANK

01 Noyabr

AMB ortamüddətli iqtisadi sabitliyə dəstək üçün valyuta satışına başladı

Azərbaycan Mərkəzi Bankı ötən ay dövlət layihələrinin və strateji əhəmiyyətli tədbirlərin həyata keçirilməsi, müdafiə və xarici valyutada öhdəliklərin azaldılması məqsədilə 424 milyon ABŞ dolları məbləğində xüsusi valyuta satışını həyata keçirib.

Fins.az bu barədə AMB-yə istinadən xəbər verir ki, bu satış nəticəsində Mərkəzi Bankın valyuta ehtiyatları 2024-cü ilin ilk 10 ayında ümumilikdə 241 milyon ABŞ dolları azalıb.

Mərkəzi Bankın valyuta satışı, 2023-cü ildə valyuta bazarından alınmış 2.1 milyard ABŞ dolları məbləğində xarici valyuta ehtiyatları hesabına aparılıb. Bu yanaşma əvvəlki illərdə alış yönlü valyuta müdaxiləsi ilə artan pul kütləsinin bir hissəsini sterilizasiya etməyə imkan verərək ortamüddətli dövrdə makroiqtisadi dayanıqlığın qorunmasına xidmət edir.

Fuad Mədətov
Fins.az