Azərbaycan Mərkəzi Bankı növbəti dəfə uçot faiz dərəcəsi ilə bağlı qərarını açıqlayıb.
Fins.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini 7,25%, faiz dəhlizinin aşağı həddini 6,25% və yuxarı həddini isə 8,25% səviyyəsində dəyişməz saxlayıb.
Uçot dərəcəsinin dəyişməz saxlanılması qərarı, inflyasiyanın faktiki və proqnozlaşdırılan göstəricilərinin hədəf intervalında (4±2%) olması, eləcə də daxili və xarici iqtisadi şəraitin təhlili əsasında qəbul edilib.
Fuad Mədətov
Fins.az