BANK

01 Noyabr

Mərkəzi Bankın İdarə Heyətinə yeni üzvlər təyin edilir

Mərkəzi Bankın İdarə Heyətinə yeni üzvlər təyin edilir

Fins.az xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyəti üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi haqqında” məsələ müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, Toğrul Nəcəfəli oğlu Əliyev, Gülər Azər qızı Paşayeva, Əli İsmayıl oğlu Əhmədov və Vüsal Cahangir oğlu Xəlilovun Mərkəzi Bankın İdarə Heyətinə üzv təyin edilməsi təklif olunur.

Eyni zamanda, layihəyə əsasən, Rəşad Temraz oğlu Orucovun Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyündən azad edilməsi nəzərdə tutulur.

Fuad Mədətov
Fins.az