BANK

31 Oktyabr

Azərbaycan BOKT-larının balans kapitalı 2,3 dəfə artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın bank olmayan kredit təşkilatlarının (BOKT) balans kapitalı 462,2 milyon manata çatıb.

Fins.az xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 257,8 milyon manat və ya 2,3 dəfə artıb.

BOKT-ların cəmi nizamnamə kapitalı illik müqayisədə 65,7 milyon manat (40%) artaraq 230,4 milyon manata yüksəlib.

Qrantlar isə əvvəlki dövrlə müqayisədə dəyişməyərək 5,2 milyon manat səviyyəsində qalıb.

Hesabat dövründə bölüşdürülməmiş mənfəət 241,3 milyon manata çatıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 210,3 milyon manat və ya 7,8 dəfə artım deməkdir.

Fuad Mədətov
Fins.az