AccessBank, startaplara dəstək məqsədilə yeni layihəyə - “Bizdən biznesə” startap müsabiqəsinə start verib. Dövlət-özəl əməkdaşlığı çərçivəsində AccessBank tərəfindən həyata keçiriləcək layihənin tərəfdaşı Kiçik və Orta Biznesin İnkişafı Agentliyidir (KOBİA).
Bu barədə Fins.az-a bankdan məlumat verilib.
Layihənin məqsədi innovasiyaları stimullaşdırmaq, yeni bizneslərə imkanlar yaratmaq, startapların biznes ideyalarını reallaşdırmasına dəstək olmaq, KOB-lara mentorluq və maliyyə dəstəyinin göstərilməsi, davamlı inkişaf və cəmiyyətə müsbət təsir potensialı olan perspektivli biznes konsepsiyaların araşdırılması və uğurlu sahibkar şəbəkəsinin formalaşdırılmasına töhfə verməkdir. Layihədə sahibkarlar və startaplar iştirak edə bilərlər. Artıq müraciətlərin qəbuluna başlanılıb. Münsiflər Heyəti tərəfindən seçiləcək qaliblərin layihələrinin icrası üçün maliyyə vəsaiti ayrılacaqdır. Layihə haqqında daha ətraflı: “Bizdən Biznesə”
“Bizdən biznesə” layihəsinin dəstəklənməsi məqsədilə “Bakı KOB evi”ndə KOBİA və AccessBank arasında Anlaşma Memorandumu imzalanıb, layihə ilə bağlı təqdimat keçirilib.
“KOBİA sahibkarlıq ekosisteminin iştirakçısı olaraq yeni bizneslərin qurulması, mövcud sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, startapların innovativ layihələrinin rellaşdırılması istiqamətində müxtəlif dəstək və xidmətlər göstərir. Bu sahədə dövlət-özəl əməkdaşlığı çərçivəsində layihələrin icra olunması da əhəmiyyətlidir və KOBİA özəl sektorun bu cür təşəbbüslərini dəstəkləyir” - deyə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov qeyd edib.
“AccessBank” olaraq Azərbaycanda yeni biznes ideyaları və startapları dəstəkləməkdən, onların real sahibkarlıq mühitinə inteqrasiyasında iştirakdan məmnunuq. “Bizdən biznesə” layihəsi yeni biznesə və layihəyə başlayanların ən vacib gözləntisi olan maliyyə resursuna çıxış məsələsinə öz töhfəsini verəcəkdir” – deyə “AccessBank”ın İdarə Heyətinin sədri Davit Tsiklauri deyib.
AccessBank rəhbərliyi həmçinin "Bakı KOB evi"nin fəaliyyəti ilə də tanış olublar.
AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 21-i bölgələrdə olmaqla, 35 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: //bit.ly/accessbank-filiallar .
Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.
Zemfira Ms
Fins.az