BANK

22 Oktyabr

Azərbaycanda biznes kredit portfeli ən çox artan bankların SİYAHISI

Azərbaycanda biznes kredit portfeli ən çox artan bankların adları məlum olub.

Fins.az bankların biznes kreditlərinin dinamikasına dair hazırladığı renkinqə istinadən xəbər verir ki, faiz nisbətində ən yüksək artım "Azər Türk Bank"da qeydə alınıb. Bankın kredit portfeli 6,5 dəfə artaraq 258,8 milyon manat həcmində böyüyüb.

İkinci yerdə 25,2%-lik artımla "Kapital Bank" gəlir və bu artım 339,5 milyon manat təşkil edir. Üçüncü yeri 24,1% və ya 79,3 milyon manat artımla "Unibank KB" tutur.

"Expressbank"ın kredit portfeli ötən ilin sonuna nisbətən 23,9% və ya 27,1 milyon manat artıb. "Azərbaycan Beynəlxalq Bankı"nın kredit portfeli isə 17,5% və ya 437,2 milyon manat böyüyüb.

Siyahıda 6-cı yerdə "Bank Respublika" 15,2% artımla (73,6 milyon manat) yer alıb. İlk onluqda digər banklar isə bunlardır:

  • "Bank Respublika" (113,4 milyon manat və ya 14,2%),
  • "Bank VTB (Azərbaycan)" (9 milyon manat və ya 13,9%),
  • "Paşa Bank" (349,5 milyon manat və ya 13,5%),
  • "AccessBank" (94,3 milyon manat və ya 12,1%).

Ümumilikdə hesabat rübündə 22 bankdan 17-nin biznes kredit portfeli artıb.

Fuad Mədətov
Fins.az