Azərbaycanda fəaliyyət göstərən bütün banklar 2024-cü ilin 3-cü rübünün sonuna olan maliyyə göstəricilərini açıqlayıblar.
Fins.az xəbər verir ki, Azərbaycanda fəaliyyət göstərən bankların xalis mənfəətinin həcminə görə renkinq siyahısında Azərbaycan Beynəlxalq Bankı 235 milyon 84,870 min manatla ən yüksək nəticə göstərən bank olub.
İkinci ən yüksək nəticə Kapital Bankda (166 milyon 73 min manat), üçüncü ən yüksək nəticə isə PAŞA Bankda (146 milyon 778 min manat) qeydə alınıb.
Siyahıda ən sonuncu yerdə TuranBank (1 milyon 665 min manat) qərarlaşıb.
Fins.az 2024-cü ilin 3-cü rübünün sonuna olan bankların xalis mənfəət həcminə görə renkinqi təqdim edir:
Fuad Mədətov
Fins.az