PAŞA Sığorta küləkli hava şəraiti ilə əlaqədar olaraq 1 günlük "Külək sürəti ilə endirim" kampaniyasını elan edir. Kampaniya şərtlərinə əsasən, yalnız 3 oktyabr gün sonunadək şirkətimizə müraciət edərək Tam KASKO əldə etmək istəyən avtomobil sahibləri 30% xüsusi endirim qazanacaq!
Fins.az xəbər verir ki, kampaniya yalnız 1 illik, sığorta haqqı 500 AZN və daha yüksək məbləğli, yeni və ya tarifə yükləmə edilməyən yeniləmə fərdi KASKO müştərilərə şamil edilir. Yeni müştərilər üçün endirim tətbiq olunduqdan sonra minimal sığorta haqqı tələbi 400 AZN təşkil edir.
Kampaniyadan yararlanmaq, həmçinin kampaniya barədə ətraflı məlumat üçün *7000 - Sığorta məsləhətləri xətti ilə əlaqə saxlaya və ya //cutt.ly/peOc5DEd keçidi ilə onlayn müraciət edə bilərsiniz. Bununla yanaşı, avtomobilin marka/modeli, istehsal tarixi, təqribi bazar dəyəri, əlaqə nömrəsi kimi məlumatları, həmçinin şəxsiyyət vəsiqəsi və avtomobilin qeydiyyat şəhadətnaməsinin şəklini mesaj olaraq PAŞA Sığorta şirkətinin rəsmi Facebook (//www.facebook.com/pasha.insurance/) səhifəsinə göndərərək KASKO sığortası üçün müraciət edə bilərsiniz.
Hazırda qeyri-həyat sığorta sektorunun bazar payına görə lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan PAŞA Sığorta 700.000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “SP Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB", reytinq üzrə proqnozu isə “Müsbət” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.
Zemfira Ms
Fins.az