BANK

03 Oktyabr

Naxçıvanda logistik xidmətin dəstəklənməsi layihəsinə güzəştli kredit ayrılıb

Naxçıvan Muxtar Respublikasının Sahibkarlığın İnkişafı Fondu tərəfindən logistik xidmətin dəstəklənməsi layihəsi üzrə 200 min manat güzəştli kredit ayrılıb.

Fins.az fondun məlumatına əsasən, xəbər verir ki,  güzəştli kredit Naxçıvan şəhərində fəaliyyət göstərən "Sürət Kargo" MMC-yə verilib. Layihənin maliyyələşdirilməsi “Kapital Bank” ASC vasitəsilə həyata keçirilib.