BANK

02 Oktyabr

ABB konsolidə edilmiş maliyyə hesabatlarını açıqlayıb

ABB Maliyyə Qrupu 30 iyun 2024-cü il tarixinə cari ilin birinci yarımili üzrə konsolidə edilmiş maliyyə hesabatlarını açıqlayıb.

Fins.az xəbər verir ki, hesabatda ABB-nin, Bankın törəmə şirkətləri olan “ABB-Moskva”-nın, “ABB-GEO” QSC-nin, Azərikard prosessinq mərkəzinin, “Beynəlxalq Lizinq Şirkəti”nin və “ABB-İnvest” İnvestisiya Şirkətinin 6 aylıq fəaliyyət nəticələri öz əksini tapıb.

Qrupun xalis mənfəəti 2024-cü ilin ilk 6 ayında (yanvar-iyun) ötən ilin eyni dövrü ilə müqayisədə 33 milyon 597 manat və ya 20,6% artaraq 196 milyon 801 min manata çatıb. Bank bu müddət üzrə 50 milyon 315 min manat mənfəət vergisi xərci hesablayıb. ABB Qrupunun 6 aylıq maliyyə hesabatlarını qlobal audit, konsaltinq, vergi və əməliyyat xidmətləri şirkəti olan EY şirkəti təhlil edib.

Xatırladaq ki, cari ilin 11 iyun – 24 sentyabr tarixləri arasında həyata keçirilən səhm emissiyası nəticəsində ABB-nin səhmdarlarının sayı 35 105 nəfərə qədər artıb. Bankda özəl səhmdar payı 7,8%-ə yüksəlib.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, //abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Zemfira Ms
Fins.az