Azərbaycan Mərkəzi Bankı (AMB) Omanın paytaxtı Muskatda keçirilən “Qlobal Valyuta Forumu 2024” tədbirində təmsil olunur.
Fins.az xəbər verir ki, AMB-nin baş direktoru Rəşad Məmmədov forumun maliyyə liderləri və yenilikçiləri üçün qlobal valyutanın gələcəyini müzakirə etmək və formalaşdırmaq baxımından misilsiz bir fürsət olduğunu vurğulayıb.
R.Məmmədov bildirib ki, maliyyə sahəsində qabaqcıl düşüncələrin bir araya gəldiyi bu forum valyutanın gələcəyini əməkdaşlıq və innovasiya vasitəsilə araşdırmaq üçün unikal bir platformadır.
Zemfira Ms
Fins.az