BANK

30 Sentyabr

Competo-nun Ekspertləri Pərakəndə Bankçılıqda Gəlirliliyi Artırır

Competo şirkətində pərakəndə bankçılıq sahəsində geniş təcrübəyə malik olan komanda, kommersiya banklarında riteyl biznesinin idarə edilməsi üzrə 10 ildən artıq təcrübəyə sahibdir.

Fins.az xəbər verir ki, şirkətin ekspertləri, müştərilər üçün istehlakçı kreditlərinin gəlirliliyini artıran, kart biznesinin inkişafını təmin edən və pərakəndə bankçılıqda qeyri-kredit gəlirlərini yüksəldən həllər təqdim edir.

Competo-nun mütəxəssisləri, riteyl və bankçılıq inteqrasiyasında özünü-maliyyələşməni təşviq edən səmərəli yanaşmalarla tanınır. Şirkətin təklif etdiyi bu həllər, kommersiya banklarına istehlakçı yönümlü xidmətlərin təkmilləşdirilməsi və bazar mövqelərinin gücləndirilməsi imkanını verir.

“PAŞA Holding”in tabeliyində fəaliyyət göstərən "Competo" MMC, 2018-ci ilin sentyabrında Bakıda təsis edilmiş geniş profilli İT və biznes həlləri şirkətidir. Şirkətin idarəedici komandası Belarus, Rusiya və Ukraynanın maliyyə və rəqəmsal bazarlarında təcrübəli mütəxəssislərdən ibarətdir.

"Competo"nun məqsədi müştərilərə innovativ İT layihələri vasitəsilə mənfəətlərini artırmağa kömək etməkdir. Şirkət elektron ticarət, rəqəmsal marketinq, CRM və məlumat təhlili kimi sahələrdə ixtisaslaşır.

2019-cu ildə "Umico" loyallıq proqramını təqdim edən "Competo", 2020-ci ildə Azərbaycanın ilk onlayn ticarət platforması olan "Umico Market"i istifadəyə verdi.