Bu ilin avqust ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı iyul ayına nisbətən 227 min ədəd artaraq 18,56 milyonu ötüb.
Fins.az Mərkəzi Bankın hesabatına əsasən, xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 18,5 faiz artıb.
Ödəniş kartlarında artım debet kartları üzrə 22,1 faiz, kredit kartları üzrə 10,9 faiz təşkil edib.
Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib. Belə ki, ay ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 1,5 dəfə artıb.
Cari ilin avqust ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 6,812 milyon manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 5,738 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 1,069 milyon manatı POS-terminallar, 4,1 milyon manatı isə özünəxidmət terminalları vasitəsilə gerçəkləşdirilib. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 63,1 faizini təşkil edib.