2024-cü ilin noyabr ayında Şuşada "Paşa Bank" ASC-nin filialı açılacaq.
Fins.az xəbər verir ki, bu barədə “PAŞA Bank” ASC-in komplayns və idarəetmə üzrə baş direktoru Anar Kərimov 2024-cü ilin ilk 6 ayı ərzindəki fəaliyyətinin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.
A.Kərimov, bu ilin noyabr ayında "PAŞA Bank" ASC-in Qarabağda filialının və ya şöbəsinin açılması planlaşdırıldığını vurğulayıb:
"Gələcək filial üçün bina artıq müəyyən edilib. Filial Şuşa şəhərində yerləşəcək".
A.Kərimov onu da qeyd edib ki, "PAŞA Bank" 2025-ci ildə Lənkəranda da filial açmağı planlaşdırır.