BANK

23 Sentyabr

Azərbaycanda BOKT-ların audit seçimləri: itki və qazanclar - CƏDVƏL

Bank olmayan kredit təşkilatlarının (BOKT-ların) maliyyə hesabatlarının dəqiqliyi və şəffaflığı üçün müstəqil audit şirkətləri ilə əməkdaşlıq vacibdir. Hər il bu təşkilatlar müxtəlif auditorların yoxlamalarından keçərək maliyyə vəziyyətlərini qiymətləndirir və hesabatlarını tərtib edirlər.

Fins.az-ın məlumatına görə, 2022 və 2023-cü illərdə bəzi BOKT-lar öz auditor şirkətlərini dəyişmiş, digərləri isə əvvəlki tərəfdaşlıqlarını davam etdirmişdir.

Məsələn, "ASET Maliyyə Texnologiyaları" BOKT MMC 2022-ci ildə "HS Consulting" MMC ilə əməkdaşlıq edərkən, 2023-cü ildə "AFR Services Co" MMC-nin xidmətlərindən yararlanmağa başlamışdır. Eyni zamanda, "Azmikroinvest BOKT" MMC 2022-ci ildə "Moore Azerbaijan" ilə çalışdığı halda, 2023-cü ildə "Oshar Audit and Financial Advisor" ilə tərəfdaşlıq etmişdir.

"Falcon Finance" BOKT MMC də auditorunu dəyişərək, 2022-ci ildə "Oshar Audit and Financial Advisor" ilə əməkdaşlıq edərkən, 2023-cü ildən "UHY Audit" şirkəti ilə işə davam edir.

Digər tərəfdən, "FinEx Kredit" BOKT auditor şirkətini yeniləyərək, 2022-ci ildə "VXA Audit MMC" ilə, 2023-cü ildə isə "RSM Azerbaijan" ilə müqavilə bağlamışdır.

"PSG Finans" BOKT MMC də əvvəlcə "SM Audit and Consulting MMC"-dən xidmət alarkən, 2023-cü ildə "Grant Thornton" ilə əməkdaşlıq etməyə başlamışdır.

Auditor dəyişiklikləri yaşayan digər təşkilatlardan biri "TBC Kredit" BOKT MMC-dir. Bu təşkilat 2022-ci ildə "Baker Tilly Azerbaijan" ilə çalışarkən, 2023-cü ildə "Nexia EA"-ya üstünlük vermişdir.

"RSM Azerbaijan" BOKT "EMBAFINANS" və "İnkişaf üçün Maliyyə" müştərilərini itirmiş, lakin "KredAqro" və digər BOKT-larla yeni əməkdaşlıqlar quraraq müştəri bazasını genişləndirmişdir.

"Crowe Audit" isə "KredAqro" və "SF Azerbaijan" müştərilərini itirmiş, lakin "Abacus Audit and Consulting" 2023-cü ildə "SF Azerbaijan" ilə əməkdaşlığa başlayaraq yeni müştəri qazanmışdır.

Bu dinamika göstərir ki, bəzi auditorlar üçün itkilər digər şirkətlər üçün qazanclara çevrilmişdir.

Ümumilikdə, bu dövrdə ən çox sifariş alan audit şirkətlərindən biri "RSM Azerbaijan" olub. Şirkət bir çox BOKT üçün həm 2022, həm də 2023-cü illərdə xidmət göstərmişdir. Eyni zamanda, "Grant Thornton" da aktiv fəaliyyət göstərən auditor şirkətlərdən biri olub. Auditor xidmətlərində əhəmiyyətli yer tutan digər şirkət isə "Nexia EA"dır.

Saylara gəldikdə isə, 2022 və 2023-cü illərdə ən çox audit sifarişi qəbul edən şirkətlərdən "RSM Azerbaijan" 2022-ci ildə 6, 2023-cü ildə 7 sifariş, "Grant Thornton" hər iki ildə 4 sifariş, "Nexia EA" isə müvafiq olaraq 3 və 4 sifariş qəbul etmişdir.

Aşağıdakı cədvəldə daha detallı məlumat təqdim edilir:

S/n BOKT-LAR 2022 2023
1 “Azərbaycan Mikro-Kredit BOKT” ASC Prime audit and consulting Prime audit and consulting
2 BOKT "AzFinans" MMC Economic-CHA MMC Economic-CHA MMC
3 “ASET Maliyyə Texnologiyaları” BOKT MMC "HS Consulting" MMC-nin direktor-auditoru Azər Əsədov "AFR SERVICES CO" MMC-nin direktor-auditoru Emin Azayev
4 “AZİNVESTKREDİT BOKT” MMC Sərbəst auditor Soltanov Qulu Sərbəst auditor Soltanov Qulu
5 “Azmikroinvest BOKT” MMC Moore Azerbaijan Oshar Audit and Financial Advisor
6 “Aqrarkredit” QSC BOKT Nexia EA Nexia EA
7 BOKT “EMBAFİNANS” QSC RSM Azerbaijan Baker Tilly Azerbaijan
8 “Brand Credit BOKT” MMC RSM Azerbaijan RSM Azerbaijan
9 “BOKT İDK” MMC Sərbəst auditor Alıyev Köçəri Sərbəst auditor Alıyev Köçəri
10 BOKT "Falcon Finance" MMC Oshar Audit and Financial Advisor UHY audit
11 "FinEx Kredit" BOKT ASC VXA Audit MMC RSM Azerbaijan
12 MM “Finca Azerbaijan” QBKT Baker Tilly Azerbaijan Baker Tilly Azerbaijan
13 “FİNOKO” BOKT ASC RSM Azerbaijan RSM Azerbaijan
14 BOKT “İDEAL KREDİT” MMC Oshar Audit and Financial Advisor Oshar Audit and Financial Advisor
15 BOKT “İnkişaf üçün Maliyyə” MMC RSM Azerbaijan Nexia
16 ”KredAqro” BOKT MMC Crowe Audit RSM Azerbaijan
17 “M Bulak BOKT” MMC Grant Thornton Grant Thornton
18 “PREMİER KREDİT BOKT” MMC RM Audit MMC RM Audit MMC
19 “ProKredit BOKT” MMC Max Audit MMC Sərbəst auditor İbrahimov Elnur
20 "PSG Finans" BOKT MMC SM Audit and Consulting MMC Grant Thornton
21 “TBC Kredit BOKT” MMC Baker Tilly Azerbaijan Nexia EA
22 “TCF” BOKT ASC Grant Thornton Grant Thornton
23 BOKT “Viator Mikro Kredit Azərbaycan” MMC UHY Azerbaijan UHY Azerbaijan
24 "MJ Finansial Services BOKT" ASC RSM Azerbaijan RSM Azerbaijan
25 “Prior Credit BOKT” ASC Baker Tilly Azerbaijan Baker Tilly Azerbaijan
26 BOKT “AZKREDİT” ASC Nexia EA Nexia EA
27 “NAS PROJECT BOKT" ASC NZA Audit MMC NZA Audit MMC
28 “FNC BOKT" QSC Timp MMC Timp MMC
29 “MCB BOKT" QSC Grant Thornton Grant Thornton
30 “SF Azerbaijan” BOKT MMC Crowe Audit Abacus audit and consulting

Fuad Mədətov
Fins.az