BANK

13 Sentyabr

Mərkəzi Bankda “Maliyyə sabitliyinin təhlili və stres-testləşmə” təlimi keçirilib

Azərbaycan Mərkəzi Bankı (AMB) media nümayəndələrinin mərkəzi bankçılıq və maliyyə sahəsi üzrə məlumatlılığın artırılması məqsədilə “Maliyyə sabitliyinin təhlili və stres-testləşmə” mövzusunda təlim keçirib.

Fins.az bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, təlim çərçivəsində maliyyə sabitliyi və onun təmin olunması üzrə fəaliyyətin mərhələləri, eləcə də maliyyə sabitliyinə təhdid yaradacaq sistem risklərinin təhlilinə dair məlumatlar paylaşılıb. Maliyyə sabitliyinə təsir edən amillərdən bəhs olunarkən daxili və xarici faktorlar üzrə nümunələr nəzərdən keçirilib. Həmçinin təlim iştirakçılarına stres-testləşmənin növləri və strukturu izah olunaraq bəzi ssenarilər üzrə testləşmə nəticələrinə və təsir kanallarına dair misallar təqdim olunub.

Təlimdə media nümayəndələrini maraqlandıran məqamlar da cavablandırılıb.