BANK

26 Avqust

Azərbaycanda depozit portfeli 34,38 milyard manata çatıb

2024-cü il avqustun 1-nə Azərbaycanda fiziki və hüquqi şəxslərin ümumi depozit portfeli (maliyyə institutları istisna olmaqla) 34 milyard 381,3 milyon manat təşkil edib.

Fins.az xəbər Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu rəqəm cari ilin iyul ayının 1-i ilə müqayisədə 2,3% və ya 803,7 milyon manat azalıb.

Ötən ay fiziki şəxslərin depozitləri əvvəlki ayla müqayisədə 219,3 milyon manat azalaraq 13 milyard 661 milyon manata, hüquqi şəxslərin depozitləri isə 584,5 milyon manat azalaraq 20 milyard 720,3 milyon manata enib.

Xatırladaq ki, iyul ayında bank sektorunun cəmi aktivləri 50 milyard 328,1 milyon manatdan 1 milyard 238,8 milyon manat azalaraq 49 milyard 89,3 milyon manata düşüb.

Fuad Mədətov
Fins.az