Expressbank təmassız ödənişlərlə bağlı növbəti yeniliyini təqdim edib.
Fins.az xəbər verir ki, "Mastercard" istifadəçisi olan Expressbank kart sahibləri "Google Pay" üzərindən ödəniş edə biləcəklər. Artıq bütün təmassız ödənişlərdə sadəcə "Mastercard" kartlarını “Google Pulqabı”na əlavə etməklə rahat və təhlükəsiz ödəniş etmək mümkündür. Sadəcə “Android” əməliyyat sistemini dəstəkləyən cihazlarda “Express24” tətbiqinə daxil olub "Mastercard" kartlarınızı əlavə etməyiniz kifayətdir.
Bunun üçün aşağıdakı addımları izləyin:
- “Google Pulqabı”ya əlavə etmək istədiyiniz kartınızın üzərinə sıxırsınız;
- Google Pay”-ə keçid et" və ““Google Pay"-ə əlavə et” düyməsini basırsınız;
- Açılan növbəti pəncərələrdə şərtləri qəbul edib prosesi tamamlayırsınız.
Nəzərinizə çatdırmaq istəyirik ki, Expressbank debet və kredit kart çeşidləri ilə müştərilərinə bir çox üstünlüklər təmin edir. Kartlar haqqında ətraflı məlumat alıb sizə ən uyğun kart məhsulunu seçməklə Expressbank rahatlığından maksimum yararlana bilərsiniz.
Expressbank – İşiniz rahat getsin!
Fuad Mədətov
Fins.az