BANK

17 İyul

Xalq Bankdan Visa Infinite kartını 50% endirimlə əldə edin

Yeni kampaniyaya əsasən müştərilər 15 sentyabradək Visa Infinite premium kartını xidmət haqqına və ya ilkin mədaxil məbləğinə 50% endirimlə sifariş edə biləcək. Bu şərtlərlə 1/2/3 illik Visa Infinite kartını 100/150/200 AZN ödəməklə əldə edib, dünyanın istənilən nöqtəsində premium xidmətlərdən rahatlıqla faydalanmaq mümkündür. 

Visa Infinite kartı ilə səyahət zamanı 2.5 mln USD məbləğədək tibbi sığorta, 24/7 peşəkar Visa konsyerj servisi, ildə 6 dəfə LoungeKey proqramı çərçivəsində müxtəlif hava limanlarının biznes zallarına ödənişsiz keçid, ildə 6 dəfə hava limanlarında pulsuz sürətli keçid (Fast Track), sürücü xidməti, Heydər Əliyev Beynəlxalq Aeroportu, İstanbul və Türkiyənin bir sıra kurort şəhərlərindəki hava limanlarında pulsuz transfer xidmətindən istifadə etmək olar.

Visa Infinite kartını Bankın filiallarında, yaxud //cardorder.xalqbank.az/?card=9 səhifəsinə keçid edərək onlayn sifariş etmək mümkündür. Bakı ərazisində çatdırılma pulsuzdur.

Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, //www.xalqbank.az/ rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar.