Azərbaycan Mərkəzi Bankı 2025-ci il üzrə ÜDM-in 3%, qeyri-neft ÜDM-i isə 5-6% proqnozlaşdırılıb.
Fins.az xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov deyib.
Onun sözlərinə görə, qeyri-neft ÜDM-i isə bu il 5,5% artacaq.
T.Kazımov onu da qeyd edib ki, Azərbaycan Mərkəzi Bankı 2024-cü ilin sonu üzrə Azərbaycanda iqtisadi artımın 3,5-4% təşkil edəcəyini proqnozlaşdırıb:
"2024-cü ilin sonuna proqnozlaşdırılan cari əməliyyatlar balansı 7 milyard ABŞ dolları olacaq.
2025-ci ildə cari əməliyyatlar balansı 6.5 milyard ABŞ dolları ərtafında olacaq”.
Fuad Mədətov
Fins.az