2023-cü ildə Azərbaycandan xarici ölkələrə yatırılan birbaşa investisiyaların məbləği 3,1 milyard ABŞ dolları təşkil edib. Bunu Azərbaycan Mərkəzi Bankında keçirilən brifinqdə qurumun Statistika Departamentinin direktoru Samir Nəsirov bildirib.
Onun dediyinə görə, Azərbaycandan birbaşa investisiyaların məbləğinə görə ilk üçlükdə Türkiyə (1,8 milyard dollar), ABŞ (311 milyon dollar) və Böyük Britaniya (157 milyon dollar) qərarlaşıb.
Bununla yanaşı, ötən il Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaların məbləği 6,7 milyard ABŞ dolları təşkil edib. Birbaşa xarici investisiyalar üzrə ilk 5 ölkə isə Böyük Britaniya (1,9 milyard dollar), Türkiyə (1,3 milyard dollar), Kipr (792 milyon dollar), Rusiya (617 milyon dollar) və İran (396 milyon dollar) olub.