BANK

01 Aprel

Mərkəzi Bankın valyuta ehtiyatları 11,654 milyon ABŞ dolları olub

2024-cü il martın 29-na Mərkəzi Bankın valyuta ehtiyatları 11,654 milyon ABŞ dolları olub.

Fins.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir ki, bu, öncəki ayın göstəricisindən 0,04 faiz və ya 4,1 milyon dollar, 2023-cü ilin analoji dövrünün göstəricisindən isə 27,61 faiz çoxdur.

Bankın məlumatlarına görə, 2023-cü il martın 31-na Mərkəzi Bankın valyuta ehtiyatları 9,133 milyard dollar, 2023-cü il fevralın 29-na isə 11,65 milyard dollar olub.

Qeyd edək ki, Mərkəzi Bankın məlumatlarına əsasən, Azərbaycanın valyuta ehtiyatları 17 faiz artıb və 2023-cü ilin yekunlarına görə 68,5 milyard ABŞ dolları olub.

Fuad Mədətov
Fins.az