BANK

15 Mart

Xalq Bankdan hüquqi şəxs və sahibkarlar üçün QR kodla ödəniş qəbulu

Öz fəaliyyətində müştəri məmnuniyyətini hədəfləmiş Xalq Bank təqdim etdiyi məhsul və xidmətlər üzrə innovativ həlləri uğurla tətbiq etməyə davam edir. Bank bu dəfə biznes üçün müasir nağdsız ödəniş üsullarından olan QR kodla ödəniş xidmətini istifadəyə verir. Bu ödəniş üsulu biznes sahiblərinə rahat, sürətli və təhlükəsiz xidmətdən istifadə imkanı təqdim edir. Belə ki, xidmətdən yararlanan sahibkar POS-terminal vasitəsilə və ya XalqOnline tətbiqi üzərindən QR kodu oxudaraq satış zamanı ödənişləri rahat şəkildə qəbul edə biləcək. Ödənilmiş məbləğ real rejimdə təsərrüfat subyektinin Xalq Bank hesabında əks olunur ki, bu da həmin vəsaitlərdən dərhal istifadə edilməsini mümkün edir. Xidmətin bir üstünlüyü də ondan ibarətdir ki, Xalq Bank müştərisi olmaqla, sahibkar AÖS-ə qoşulmuş və AZQR standartını dəstəkləyən bütün bankların müştərilərindən QR kodla nağdsız ödənişləri qəbul edə biləcək.  

Bu rəqəmsal həllin kart sahibləri üçün üstünlüyü isə ödəmə metodunda seçim və istifadənin sadə olmasıdır. QR koddan istifadə ödənişin nağd pul və ya bank kartının iştirakı olmadan aparılmasına imkan verir. Kart sahibi alış-veriş edərkən satış məntəqəsində təqdim edilən QR kodu mobil tətbiq ilə skan edir və ödənişi rahatlıqla həyata keçirir. Qeyd edək ki, Xalq Bank müştəriləri QR kodla ödənişi həm kart hesabı, həm də cari hesab vasitəsilə apara bilərlər.

Həmçinin QR kod vasitəsilə XalqOnline istifadəçiləri bir-birinə rahatlıqla pul göndərmək və ya qəbul etmək imkanından da yararlana bilərlər. Bunun üçün müştəri tətbiqdə ödəniş qəbulu üçün QR kod yaradır və qarşı tərəfə göndərir, yaxud ona göndərilmiş QR kodu tətbiqdə oxudaraq vəsaiti hesabına yönləndirə bilir.

Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, //www.xalqbank.az/ rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar.