BANK

23 Oktyabr

FED-dən qlobal bazarlara xəbərdarlıq

FED Amerika maliyyə sistemindəki mövcud vəziyyətin qiymətləndirilməsini özündə əks etdirən Maliyyə Sabitliyi Hesabatının oktyabr buraxılışını dərc edib.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, qlobal geosiyasi gərginliyin kəskinləşməsi qlobal bazarlara geniş şəkildə mənfi təsir göstərə bilər.

Hesabatda İsrailə hücumun Rusiyanın Ukraynaya qarşı davam edən müharibəsi ilə yanaşı, geosiyasi gərginliyi də artırdığı bildirilib. Qeyd edilib ki, bu, qlobal iqtisadi fəaliyyət üçün əhəmiyyətli risklər, o cümlədən enerji və digər əmtəə ticarətində daimi fasilələrin yaranması ehtimalı yaradır.

Bankın hesabatında bildirilirdi ki, qlobal maliyyə sistemi risk iştahının azalması, aktivlərin qiymətlərinin azalması və risk altında olan biznes və investorların , o cümlədən ABŞ-dakıların itkilərindən təsirlənə bilər .

Günel Məlikzadə
Fins.az