BANK

09 Oktyabr

Mərkəzi Bank milli pul nişanlarının dəyişdirilməsini ödənişsiz əsasda həyata keçirir

Azərbaycan Mərkəzi Bank tərəfindən zədələnmiş və tədavülə yararsız milli pul nişanlarının dəyişdirilməsi ilə bağlı əhalinin müraciətlərinin operativ şəkildə qarşılanması və vətəndaş məmnunluğunun yüksəldilməsi məqsədilə “Nağd pul ofis”lərinin fəaliyyətini davam etdirir.

AMB-dən Fins.az-a verilən məlumata görə, milli pul nişanlarının dəyişdirilməsi ödənişsiz əsasda aparılır.

Bildirilir ki, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən:

♦ Mərkəzi Bank tədavülə yararlı pul nişanlarını məhdudiyyətsiz dəyişdirir.
♦ Bütöv bir hissədən və ya eyni kağız pul nişanına məxsus ardıcıl hissələrdən ibarət, səthinin 60 faizindən az olmayan hissəsini və üzərindəki iki seriya nömrələrindən ən azı birini tam saxlamış pul nişanının nominal dəyəri Mərkəzi Bank tərəfindən ödənilir.

Nümunə üçün şəkil

♦ Eyni kağız pul nişanına məxsus ardıcıl olmayan hissələrdən ibarət, səthinin 60 faizindən az olmayan hissəsini və üzərindəki hər iki seriya nömrəsini tam saxlamış pul nişanının nominal dəyəri Mərkəzi Bank tərəfindən ödənilir.

Nümunə üçün şəkil

♦ Bütöv səthinin üzərindəki təsvir və yazıları onun nominalını müəyyənləşdirməyə imkan verən həcmdə saxlamış və deformasiyaya məruz qalmamış metal pul nişanının nominal dəyəri Mərkəzi Bank tərəfindən ödənilir.

Nümunə üçün şəkil

Vətəndaşlar Mərkəzi Bankın Bakı şəhəri, Bülbül prospekti 27 ünvanındakı inzibati binasında yerləşən xidmət ofisinə (saat 10:00-13:00-dək), eləcə də Naxçıvan, Yevlax, Gəncə, Biləsuvar, Quba şəhərlərində yerləşən ərazi idarələrinə (saat 10:00-16:00-dək) milli pul nişnalarının, o cümlədən tədavülə yararsız pul nişanlarının dəyişdirilməsi və ya ekspertizaya təqdim edilməsi üçün müraciət edə bilərlər.

Fuad Mədətov
Fins.az