Bu ilin yanvar-avqust aylarında Azərbaycan bankları 2 279,5 milyon manat faiz gəlirləri əldə edib.
Bu barədə Fins.az-a Azərbaycan Mərkəzi Bankından bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 32,9% çoxdur.
Bankların 8 aylıq faiz gəlirlərinin 1 680,2 milyon manat kreditlər üzrə faiz gəlirləridir. Bu isə 1 il əvvələ nisbətən 19,3% çoxdur.
Fuad Mədətov
Fins.az