BANK

29 Sentyabr

TuranBank özünüməşğulluq proqramına dəstək olmağa davam edir

Ölkəmizdə davamlı olaraq uğurlu sosial layihələr həyata keçirən TuranBank davam edən özünüməşğulluq proqramı çərçivəsində sosial müdafiəyə xüsusi ehtiyacı olan işsiz şəxslərə, aztəminatlı ailələrə, məcburi köçkünlərə, qazilərə dəstək olmaq məqsədilə onların əvəzsiz olaraq vəsaitlər və avadanlıqlar ilə təmin edilməsi istiqamətində fəaliyyətini davam etdirir.

Fins.az xəbər verir ki, Bank şəxsi biznes arzusunda olan Bakı şəhər sakinləri İbrahimova Mileylə, Məhərrəmova Aşura, Quliyeva Gülər, Xıdırova Leyla, Təhməzov İntizam və Məmmədova Səidəni biznesləri üçün zəruri olan kiçik dərzi sexi avadanlıqları ilə təmin edib.

Xatırladaq ki, sözügedən dəstək 11 mart 2020-ci il tarixində Ölkə Prezidentinin həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə ölkədə fəaliyyət göstərən banklar tərəfindən köməklik göstərilməsi ilə bağlı sosial məsuliyyətin bölüşdürülməsi təşəbbüsünə dəstək vermək məqsədilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyası arasında əməkdaşlığa dair imzalanan Memoranduma əsasən TuranBank tərəfindən həyata keçirilir.

Bütün proqram iştirakçılarını təbrik edir və gələcək işlərində uğurlar arzulayırıq!

TuranBank

Bizimlə etibarlıdır...
Günel Məlikzadə
Fins.az