Rusiyanın İqtisadi İnkişaf naziri Maksim Reşetnikov Rusiya Federasiya Şurasındakı çıxışında ölkəsindəki inflyasiya tendensiyası ilə bağlı qiymətləndirmələr edib.
Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, nazir Rusiyada inflyasiyanın 2024-cü ildə yüksək səviyyədə qalacağını bildirib. O, qeyd edib ki, Rusiyada illik inflyasiyanın 7,5 faiz olub:
“Gələn il orta illik inflyasiya 7,2 faiz olacaq. Biz 2024-cü ilin dekabrında inflyasiyanın illik bazda 4,5 faiz azalacağını gözləyirik, lakin gələn il ərzində inflyasiya əhəmiyyətli səviyyədə qalacaq”.
Rusiya Mərkəzi Bankı rublun ucuzlaşması ilə artan yüksək inflyasiya təhlükəsi ilə əlaqədar avqustun 15-də uçot dərəcəsini 8,5 faizdən 12 faizə, sentyabrın 15-də isə 13 faizə qaldırıb.
Rusiya Mərkəzi Bankının sədri Elvira Nabiullina inflyasiyanın yavaşlamasının davamlı olduğuna əmin olana qədər faiz dərəcələrini uzun müddət yüksək səviyyədə saxlayacaqlarını bildirib.
Fuad Mədətov
Fins.az