BANK

07 İyun

Biznesinizin inkişafı üçün Yelo Bank-dan illik 5%-lə kredit

Yelo Bank Sahibkarlığın İnkişafı Fondunun (SİF) vəsaiti hesabına güzəştli şərtlərlə biznes krediti təklif edir.

Fins.az xəbər verir ki, sahibkarlar 10 milyon AZN-dək biznes kreditini illik cəmi 5%-lə əldə edə bilərlər. Kreditin maksimal müddəti 60 aydır. Kredit əldə etmiş sahibkarlara həmçinin, müddətinin yarısınadək güzəşt müddəti də (maxş 12 ay) təqdim edilir.

Qeyd edək ki, Yelo Bank üçün sahibkarlığın, xüsusilə real sektorun inkişafına dəstək prioritetdir. Bu istiqamətdə Bank SİF ilə aktiv əməkdaşlıq edir. Bank ötən il ərzində böyük əksəriyyəti regionlar, xüsusilə də kənd təsərrüfatı olmaqla, real sektorun maliyyələşdirilməsinə dəstək göstərib. Nəticədə 2022-ci ildə Yelo Bank müvəkkil bank kimi SİF hesabına ən çox sayda güzəştli kredit vermiş banklar arasında 2-ci yerdə qərarlaşıb.

Əgər siz də biznesinizi Yelo Bank-ın güzəştli krediti ilə inkişaf etdirmək istəyirsinizsə, vaxt itirmədən onlayn sifariş edin. Ətraflı məlumat üçün: //bit.ly/ylkdjnt

SİF krediti haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram və ya Whatsapp hesablarımıza yazın.

Yelo Bank – Parlaq bankçılıq!