Kapital Bank hər zaman mikro-biznes kreditləri üzrə sərfəli və endirimli şərtlər təqdim edərək sahibkarlara dəstək göstərir. Artıq sahibkarlar götürdükləri hər 10 000 manat kredit üçün ayda cəmi 300 manat ödəniş edəcəklər. Kampaniya çərçivəsində kreditin illik faiz dərəcəsi 15%-dən başlayır.
Fins.az xəbər verir ki, mayın 31-dək davam edəcək kampaniya çərçivəsində kreditin müddəti maksimum 48 aydır. 30 000 manatadək kreditlər zaminsiz və girovsuz verilir.
Qeyd edək ki, mikro kredit üçün müraciət etmək üçün filiala gəlməyə ehtiyac yoxdur. Bunun üçün müştəri //kapitalbank.az saytına keçid edərək “Mikro Kredit” bölməsinə daxil olmaqla kredit əldə etmək üçün müraciət edə bilər. Sonrakı mərhələdə bankın əməkdaşları müraciəti təhlil edir, təyin olunan kredit məbləği barədə müştəriyə məlumat verir və rəsmiləşdirməni tamamlayaraq vəsaiti müştərinin Kapital Bank-da olan biznes kartına və ya sahibkar hesabına köçürür. Kart da bank tərəfindən müştəriyə çatdırılır.
Kapital Bank-da Mikro kreditlərin maksimal məbləği 100 000 AZN olmaqla 48 ayadək müddətə verilir. Ətraflı məlumat üçün – //kbl.az/kbmbpr keçidindən istifadə edərək və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələri vasitəsilə müraciət edə bilərsiniz.