BANK

21 Fevral

Mərkəzi Bankda keçirilən növbəti valyuta hərracında tələb təmin edilib

Fevralın 21-də Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib.

Bankdan Fins.Az-a verilən məlumata görə, hərracda tələb 49,3 milyon ABŞ dolları təşkil edib və tam təmin edilib.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Qeyd edək ki, fevralın 16-da Mərkəzi Bankda keçirilən valyuta hərracında tələb 50,8 milyon ABŞ dolları təşkil edib və tam təmin edilib.

Fuad Mədətov
Fins.Az