BANK

20 Fevral

Anar Dadaşov: "Kredit təşkilatlarında kassa əməliyyatlarının aparılması qaydalarına dəyişiklik edilə bilər"

"Kredit təşkilatlarında kassa əməliyyatlarının aparılması, pul və digər qiymətlərin saxlanılması və inkasasiyası qaydalarına dəyişiklik edilə bilər. Burada əsas məqsəd kommersiya banklarında biznes proseslərində baş verən dəyişiklikləri əhatə etməkdir."

Fins.Az xəbər verir ki, bunu bu dəqiqələrdə Azərbaycan Respublikası Mərkəzi Bankı və Banklar Assosiasiyasının informasiya və təşkilatı dəstəyi ilə "Nəğd pulun dövriyyəsinin təşkili - 2023" keçirilən seminarda Mərkəzi Bankın Nəğd Pulun İdarə Edilməsi Şöbəsinin rəisi Anar Dadaşov deyib.

İnteraktiv şəraitda keçirilən tədbirdə nağd pul dövriyyəsi sahəsində nüfuzlu beynəlxalq şirkət nümayəndələri iştirak edirlər.

Tədbir çərçivəsində baş tutan təqdimatlarda nağd pulun dövriyyəsi, inkasasiya, saxta əskinasların müəyyən edilməsi və dövriyyədən çıxarılması istiqamətində təqdimatlar və çıxışlar olunur.

Fuad Mədətov
Fins.Az