Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib.
MB-dən Fins.Az-a verilən məlumata görə, 31 yanvar 2023-cü il tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib. Hərracda tələb 29,5 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.
Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.
Fuad Mədətov
Fins.Az