BANK

10 Yanvar

Mərkəzi Bankın dövriyyədə olan notlarının həcmi açıqlanıb

Yanvarın 9-na Azərbaycan Mərkəzi Bankının (AMB) dövriyyədə olan notlarının həcmi 1,278.56 milyon manat təşkil edib.

Fins.Az-ın məlumata görə, AZƏRTAC AMB-yə istinadla xəbər verir ki, 28 günlük notlar üzrə son faiz dərəcəsi 6,17 faiz, 84 günlük notlar üzrə son faiz dərəcəsi 6,24 faiz, 168 günlük notlar üzrə son faiz dərəcəsi 8 faiz, 252 günlük notlar üzrə son faiz dərəcəsi 8,44 faiz olub.