BANK

05 Yanvar

Hüquqi ünvanı Port Baku-da olan lizinq şirkəti yaradılıb

29 Dekabr 2022-ci il tarixində Dövlət Vergi Xidməti "Fast Leasing" MMC-ni dövlət qeydiyyatına alıb.

"Fins.az" xəbər verir ki, 1000 manat nizamnamə kapitalı olan lizinq şirkətinin qanuni təmsilçisi Osmanov Əfsun Mahir oğludur.

Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər pr., ev 153-dür (Port Baku).