BANK

25 Noyabr

Bankların müəyyən etdiyi xarici valyutanın alış-satış məzənnələri rəsmi məzənnəyə yaxın olub

Dövr ərzində manatın ABŞ dollarına nəzərən rəsmi məzənnəsi banklararası əqdlər üzrə orta məzənnə (“Bloomberg” platformasında hərraclar və hərracdan kənar əməliyyatlar nəzərə alınmaqla) əsasında müəyyən edilib. 

Fins.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın 2022-ci ilin yanvar-sentyabr ayları üzrə Pul Siyasəti icmalında bildirilir.

 Məlumata görə, 9 ayda manatın ABŞ dollarına qarşı orta günlük rəsmi məzənnəsi 1.7 manat təşkil etmişdir. Banklar tərəfindən müəyyən edilən xarici valyutanın alış-satış məzənnələri rəsmi məzənnəyə yaxın olmuşdur. Belə ki, kommersiya banklarının orta hesabla günlük alış məzənnəsi 1 ABŞ dollarına nəzərən 1.6972 manat, satış məzənnəsi isə 1.7023 manat təşkil edib.

Müəllif:Aynur Qəniyeva