BANK

24 Noyabr

Naxçıvan Muxtar Respublikasının ÜDM-i 2,6 faiz artıb

Bu ilin yanvar-oktyabr aylarında Naxçıvan Muxtar Respublikasında 2,446 milyard manatlıq ümumi daxili məhsul istehsal olunub ki, bu da 2021-ci ilin müvafiq dövründəki göstəricidən 2,6 faiz çoxdur. 

“Fins.az”Naxçıvan Dövlət Statistika Komitəsinin yaydığı məlumata istinadən xəbər verir ki, hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,4 faiz artaraq 5272,4 manat olub.

Muxtar respublikada yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə cari ilin ilk 10 aylarında 953,5 milyon manat dəyərində məhsul istehsal edilib ki, bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,3 faiz çoxdur.