BANK

24 Noyabr

Zakir Nuriyev: Bankların muxbir hesablarındakı depozitlər ümumi aktivlərin 36%-ni təşkil edib

Belə ki, bankların müxbir hesablarda depozitlərin həcmi son 12 ayda 25 faiz artaraq 15,18 milyarda çatmışdır ki, bu da ümumi aktivlərin 36%-ni təşkil edib.

"Fins.az" xəbər verir ki, bunu Azərbaycan Banklar Assosiasiyasının rəhbəri Zakir Nuriyev Etibarlı təhlükəsiz və dayanıqlı bankçılıq adlı VI Beynəlxalq Bankçılıq Forumunda çıxış edərkən deyib.

O bildirib ki, bütün bunlar bank sektorunun artıq əldə etdiyi həmin o güclü potensialın statistik göstəriciləridir. Pandemiyadan sonrakı dövrdə bank sektorundakı bu sürətli artım tempini artıq növbəti ildən daha mülayim inkişaf tendensiya keçəcəyini gözləyirik. Bu isə sektorun yüksəlməsinə dəstək olaraq yeniliklərin tətbiqi üçün ən optimal dövrü hesab edilir.

Zakir Nuriyevin sözlərinə görə təkmilləşmədə ən vacib istiqamətlərindən biri məhz rəqəmsallaşmadır. Rəqəmsal transformasiyanın daha dərindən nüfuz etdiyi müasir dövrdə dayanıqlı və rəqabət davamlı bank sektorunun qurulması istiqamətində prioritet hədəflərdən biri də rəqəmsal bankların yaranması ola bilərdi. Q

Assosiasiyas rəhbıri qeyd edib ki, qardaş Türkiyə Respublikasında qabaqcıl maliyyə bazarına malik İngiltərə, Sinqapur və digər dövlətlərdə artıq rəqəmsal banklar üzrə yeni qanunvericilik bazası formalaşmışdır. Bu qanunvericilik bazası rəqəmsal banklararası münasibətdə lisenziyalaşdırma prot yaşı, onların məsafədən fəaliyyətinə dair tələbləri də müəyyən edir.

Zakir Nuriyev bildirib ki, hesab edirik ki, ölkəmizdə maliyyə bank sektorunda rəqəmsal transformasiyanın daha effektiv formada tətbiqi, bank sisteminin rəqabət qabiliyyətinin daha da yüksəldilməsi, maliyyə inklüzivliyinin genişləndirilməsi, bank xidmətlərində fiziki məkandan asılılığın aradan qaldırılması, xüsusən xərclərə qənaət edilməsi məqsədilə rəqəmsal bankçılıq sahəsində qanunvericilik bazasının formalaşdırılması prosesi sürətləndirilə və dövrün tələblərinə uyğunlaşa biləcək. Daha dinamik təməllər üzərində keçirilə bilər. 

Müəllif:Aynur Qəniyeva