BANK

24 Noyabr

Taleh Kazımov: İnternet bankçılıq vasitəsilə ödənişlərdən 55%artım görürük

İnternet Banka gəldikdə, biz son 10 ayda keçən ilin eyni müddətə nəzərən 55 faiz artım görürük. 

"Fins.az" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov Etibarlı təhlükəsiz və dayanıqlı bankçılıq adlı VI Beynəlxalq Bankçılıq Forumunda çıxış edərkən deyib.

 İnternet Banka gəldikdə, biz son 10 ayda keçən ilin eyni müddətə nəzərən 55% artım görürük. İnternet bank vasitəsilə ödənişlərin həcmini nəzərdən keçirəndə mobil əlavədən aparılan əməliyyatlar 3 dəfə artım var.

O qeyd edib ki, nəzərə alsaq, haradan başlamışıq? Kifayət qədər yaxşı göstəricilərdir Ödənişlərə gəldikdə burada da bir neçə nailiyyətlərimizi qeyd etmək istəyirəm.

Taleh Kazımov əlavə edib ki, ödənişlər ümumi ölkədaxili kart əməliyyatlarının qeyr dövriyyəsi artıq 42 faiz bir ilə 12 faiz artım müşahidə edirik. Ümumiyyətlə ölkədaxili qeyri nağd əməliyyatların həcmi 2.2 dəfə artıb və 20 milyarda yaxın rəqəmə çatıb

Müəllif: Aynur Qəniyeva