BANK

23 Noyabr

AYİB Azərbaycanda iqtisadi artımla bağlı proqnozunu açıqlayıb

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2022-ci ildə Azərbaycanda iqtisadi artımı 4,5%, orta illik inflyasiyanı 12,2% səviyyəsində proqnozlaşdırır.

Fins.az xəbər verir ki, bu barədə bankın “Transition Report 2022-23” hesabatında bildirilib.

AYİB 2023-cü il üçün Azərbaycanda ÜDM-in artımını 2,5% səviyyəsində proqnozlaşdırır.

“Enerji daşıyıcılarının yüksək qiymətləri və Azərbaycan qazına tələbat qısamüddətli perspektivdə yüksək olaraq qalacaq ki, bu da ümumi iqtisadi vəziyyəti dəstəkləyəcək. Beləliklə, biz 2022-ci ildə ÜDM-in 4,5% artacağını, 2023-cü ildə 2,5%-dək azalacağını gözləyirik. İqtisadiyyat üçün əsas risklər inflyasiya, enerji daşıyıcılarının ucuzlaşması və iqtisadiyyatda struktur çatışmazlıqları ilə bağlıdır. Lakin Azərbaycan yaxın illərdə qaz sənayesinə əlavə investisiyalardan faydalana bilər, çünki Avropa İttifaqı Rusiya qazından imtina edərək tədarükü şaxələndirməyə çalışır”, - deyə hesabatda qeyd olunur.