“SP” 2022-ci ildə Azərbaycanda inflyasiyanı 13% (yanvar proqnozu 6,5%) səviyyəsində proqnozlaşdırır, 2023-cü ildə inflyasiya 9%-dək (4,5%), 2024-cü ildə 6%-dək (3%), 2025-ci ildə 5%-dək (3%) azalacaq.
“Fins.az" xəbər verir ki, bu barədə “SP”-nin proqnozda məlumat verilir.
Məlumata görə, agentliyin qiymətləndirmələrinə görə, 2022-ci ildə Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisiti ÜDM-in 23,6%-ni (yanvar proqnozu ÜDM-in 10,8%-i), 2023-cü ildə ÜDM-in 13,8%-ni (ÜDM-in 4,5%-i) təşkil edəcək, 2024-cü ildə ÜDM-in 0,7%-i səviyyəsində kəsir (ÜDM-in 0,2%-i səviyyəsində profisit), 2025-ci ildə ÜDM-in 1,4%-i səviyyəsində kəsir (ÜDM-in 0,5%-i səviyyəsində kəsir) proqnozlaşdırılır.