Bankı Qarabağda və "Şərqi Zəngəzurda" yerli və xarici sahibkarların biznes layihələrinə kredit dəstəyi göstərməyə dəvət edirik
"Fins.az" xəbər verir ki, bunu QDTİB dəyişən dünyada şaxələndirilmiş və innovativ Azərbaycan iqtisadiyyatının dəstəklənməsində rolu adlı konfransda çıxış edərkən maliyyə naziri Samir Şərifov deyib.
O bildirib ki, işğaldan azad olunmuş ərazilərin yenidən qurulmasına və bərpasına 3 milyard dollardan artıq vəsait ayrılıb.Bu vəsaitin 1.3 milyarda yaxın hissəsi 2021-ci ildə həmin məqsədlər üçün istifadə edilib. İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması prosesində beynəlxalq maliyyə təşkilatlarının o cümlədən Qara Dəniz Ticarət və İnkişaf Bankının yaxından iştirakını zəruri hesab edirik.Bankın kapital resurs və ehtiyatlarının digər beynəlxalq maliyyə qurumları ilə müqayisədə nisbətən aşağı olmasını habelə bankın daha özəl sektorun maliyyələşdirilməsi sahəsində ixtisaslaşmasını nəzərə alaraq Bankı Qarabağda və "Şərqi Zəngəzurda" yerli və xarici sahibkarların biznes layihələrinə kredit dəstəyi göstərməyə dəvət edirik.
Müəllif:Aynur Qəniyeva