BANK

08 İyun

Yapon yeni dollara nisbətdə 20 illik tarixi minimumu yeniləyib-SÜRƏTLİ UCUZLAŞMA

Bu həftə qlobal bazarların gündəmini zəbt edən Yapon yenindəki eniş davam edir. Yen dollara nisbətdə yeni ticarət günündə 20 illik rekordunu təzələyib.
"Fins.az" xəbər verir ki,Yaponiya hakimiyyətini təşvişə salan valyutaların ucuzlaşması öz təsirini davam etdirir.

Yen dollara nisbətdə erkən ticarətdə 0,5% ucuzlaşaraq son 20 ilin ən aşağı səviyyəsinə çatıb. Dollar/yen məzənnəsində 133 səviyyəsinin üzərində müşahidə olunub.

Yenin 10 valyutaya qarşı gücünü ölçən Bloomberg indeksi də son 7 ilin ən aşağı səviyyəsini göstərib.Yapon hakimiyyətinin gündəmində yenin ucuzlaşması əsas yer tuturdu.

Maliyyə Naziri Shunichi Suzuki, "Mövcud məzənnələrinin sabit qalması və iqtisadi əsasları əks etdirməsi vacibdir. Hökumət valyuta məzənnələrinin hərəkətlərini və Yaponiya iqtisadiyyatına təsirlərini yaxından izləyir,"- deyə qeyd edib. 

Müəllif:Aynur Qəniyeva