Banklarımızın 50%-inə Baker Tilly şirkəti audit xidməti göstərir.
"Fins.az" xəbər verir ki, bu barədə iqtisadçı Samir Əliyev tərəfindən yayımlanan "Baku Research İnstitute"-un "Banklarımız hansı audit şirkətləri ilə işləyir? " mövzulu araşdırmasında məlumat verilir.
Məlumata görə, Azərbaycanda mövcud bankların 15,4%-i ErnestYoung, 7.7%-i PWC, 7.7%-i KPMG , 3.8%"Grant Thornton",3.8%-i, "Baltic Caspian Audit LLC", 3.8%-i "RSM Azerbaijan" və 3.8%-i "Nexia EA" audit şirkərlərinin xidmətindən istifadə edir.
Eyni zamanda 3.8% bankın xidmətindən istifadə etdiyi audit şirkəti barədə məlumat yoxdur.
Buna baxmayaraq ErnestYoung şirkətinin xidmət göstərdiyi bankların bazar payı 65% təşkil edir ki, bu da audit şirkətləri arasında rekord göstəricidir.