BANK

03 İyun

Sberbank, Rosselxozbank, Moskva Kredit Bankı SWIFT -dən çıxarıldı

Aİ-nin yeni sanksiyaları Sberbank, Rosselxozbank, Moskva Kredit Bankı və Belarus İnkişaf və Yenidənqurma Bankının beynəlxalq SWIFT sistemindən ayrılmasını nəzərdə tutur.

"Fins.az" xəbər verir ki,bu barədə cümə günü Aİ Şurası məlumat yayıb.

Məlumata görə, “Aİ daha üç Rusiya kredit təşkilatına - Rusiyanın ən böyük bankı Sberbank, Moskva Kredit Bankı və Rusiya Kənd Təsərrüfatı Bankı, habelə Belarus İnkişaf Bankı və Rusiya Federasiyasının İnkişaf Bankına xüsusi maliyyə mesajlaşma xidmətlərinin (SWIFT) göstərilməsi ilə bağlı mövcud qadağanı genişləndirir,”- deyə Aİ Şurasının bəyanatında deyilir.