BANK

03 İyun

Avropa Mərkəz Bankının faiz qərarı ilə ilkin PROQNOZLAR AÇIQLANIB

Rəhbərliyin 50 bəndlik faiz artımı ilə bağlı israrına baxmayaraq, Avropa Mərkəzi Bankı iyul ayında faiz dərəcələrini daha kiçik məbləğdə artıra bilər.

"Fins.az" xəbər verir ki, bankın sərtləşdirmə dövrünə 25 əsas bəndlik faiz artımı ilə başlayacağını gözləyirlər.

Araşdırmaya görə, Avropa Mərkəzi Bankı hazırda mənfi 0,5 faiz olan depozit faizini iyul və sentyabr aylarında hər biri 25 baza bəndi artıracaq. AMB-nın sədri Kristin Laqard də mənfi faiz siyasətinin üçüncü rübdə sona çata biləcəyini açıqlayıb.

Sorğu iştirakçıları depozit faizlərinin dekabr ayından gələn ilin sentyabr ayına qədər 25 baza bəndi artımla 1 faizə yüksələcəyini gözləyirlər.