BANK

02 İyun

“TuranBank” audit olunmuş hesabatını açıqlayıb

Azərbaycanda son dövrlər xüsusilə inkişafa meyilli olan “Turanbank” ASC 31 dekabr 2021-ci il tarixində başa çatmış il üzrə Beynəlxalq Maliyyə Hesabatları Standartlarına uyğun Hazırlanmış Konsolidə edilmiş Maliyyə Hesabatları və Müstəqil Auditorların Rəyini öz İnternet saytında yayımlayıb. "Turanbank"ın 2021-ci il üzrə maliyyə hesabatlarının auditini "Baker Tilly Azerbaijan" şirkəti apararaq müsbət rəy verib.

Xalis mənfəəti 50%-dən çox artıb 

2021-ci ildə “Turanbank”ın xalis mənfəəti 4 milyon 877 min manat təşkil edib ki, 2020-ci il ilə müqaisədə 2 milyon 48 min manat və ya 50.8% artıb. Bankın hesabat dövründə cəmi gəlirləri 53 milyon 926 min manat  olub ki, bu da bir öncəki il ilə müqaisədə 11 milyon 49 min manat və ya 20.4% çoxdur. “Turanbank”ın cəmi xərcləri 49 milyon 49 min manat təşkil edib ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqaisədə 9 milyon 657 min manat və ya 19.5% çoxdur. 

Cəmi aktivləri 32%-dən çox ARTIB

2021-ci illə müqayisədə 2020-ci ildə “Turanbank”ın cəmi aktivləri 168 milyon 358 min manat və ya 32,5% artaraq 686 milyon 550 min manata çatıb.

 Nizmanamə kapitalı artıb 

31 Dekabr 2021-ci il tarixində “Turanbank” 80 milyon 5 min manat nizamnamə kapitalına malik olub.Bu göstərici 2020-ci ilin sonu ilə müqasidə 5 milyon manat və 6.2% artıb.

Faiz gəlirləri 16%-dən çox artıb 

 2021-ci ildə “Turanbank”ın faiz gəlirləri  2020-ci illə müqayisədə16,2% artaraq 41 milyon 1 min manata çatıb.Hesabat dövründə bankın xarici valyutalarla ticarət üzrə gəlirləri 9 dəfədən çox artaraq 2 milyon 578 min manat təşkil edib.

Depozit portfelindəki artım 50%-ə yaxınlaşıb 

 2021-ci ildə 2020-ci il ilə müqayisədə “Turanbank”ın depoziit portfeli (cari hesablar və müştərilərdən cəlb edilmiş vəsaitlər) 138 milyon 687 min manat və ya 49,4% artaraq 419 milyon 384 min manata çatıb. 

Müəllif:Aynur Qəniyeva