BANK

27 May

Azərbaycana daxil olan pul baratlarında 16 milyonluq AZALMA

İlkin rəqəmlərə əsasən 2022-ci ilin 1-ci rübündə Azərbaycana daxil olan pul baratları 210,6 milyon ABŞ dolları olub ki, bu da ötən ilin 1-ci rübünə dair açıqlanmış göstərici ilə müqaisədə 0.7% azdır. 

 "Fins.az" xəbər verir ki, bu barədə Azərbaycan  Mərkəzi Bankının yayımladığı 2022-ci ilin 1-ci rübünə dair "Pul Siyasəti İcmalı"da məlumat verilir.

Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə ölkəyə daxil olan pul baratları 16,4 milyon dollar azalıb.

Qeyd edək i. 2021-ci ilin 1-ci rübündə Azərbaycana daxil olan pul baratları 227 milyon dollar təşkil edib.

Müəllif: Aynur Qəniyeva