BANK

25 May

Rusiya dollar borclarını rublla ödəməyə davam edəcək

Rusiya Maliyyə Nazirliyi dollar borclarının rublla ödənilməsinə davam edəcəyini açıqlayıb.
Rusiya dollar borclarını rublla ödəməyə davam edəcəyini açıqlayıb.

"Fins.az" xəbər verir ki, Maliyyə naziri Anton Siluanov açıqlamasında 1998-ci ildəki iqtisadi böhrana toxunaraq, mövcud vəziyyətin o dövrdə yaşananlardan fərqli olduğunu, Rusiyanın o dövrdə borclarını ödəmək üçün kifayət qədər vəsaitinin olmadığını bildirib.

Məlumata görə,Moskvanın bugünkü addımı ABŞ administrasiyasının Rusiyaya ABŞ investorlarına istiqraz ödənişləri etməyə icazə verən və Çərşənbə günü (25 may) başa çatan azadlığı uzatmayacağını elan etdikdən sonra atılıb. İstisna müddətinin başa çatması ilə Rusiyanın investorlara ödəniş etməsinə mane olmaq məqsədi daşıyır. Beləliklə, Rusiyanın defolt həddinə çatması gözlənilir.

Rusiyanın dost olmayan ölkə tərəfindən süni bir vəziyyətlə üzləşdiyini bildirən Siluanov, "Bizim pulumuz var və ödəməyə hazırıq" deyə bildirib.