BANK

25 May

Mərkəzi Bankda virtual kurslar üzrə müsabiqələrin yekun tədbirləri keçirilib

 Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən cəmiyyətdə maliyyə savadlılığının yüksəldilməsi istiqamətində tədbirlər davam etdirilir.

"Fins.az" xəbər verir ki,18, 20, 24 may 2022-ci il tarixlərində şagirdlər üçün elan edilmiş "Uşaqlar və pullar" və müəllimlər üçün elan edilmiş “Maliyyə savadlılığı: strategiya, tədrsi, təhlil” mövzularında virtual kurslar üzrə müsabiqələrin yekun tədbirləri keçirilmişdir.

Müsabiqəyə 10000 şagird, 2900 nəfər müəllim qatılmış, 1038 nəfər şagird və 108 müəllim testlərdə iştirak etmiş, 430 şagird və 26 müəllim qalib olmuşdur.

Qaliblərə sertifikatlar və hədiyyələr təqdim edilmişdir.

Bildiririk ki, müsabiqənin başa çatmasına baxmayaraq Mərkəzi Bankın Virtual Təhsil Platformasında bütün tədris resursları əvvəlki və yeni iştirakçılara yenə də açıqdır.